Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv ediləcəyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, 27-31 oktyabr tarixlərində istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına uyğun olaraq Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonundakı təlim mərkəzində məhv ediləcək.
Müdafiə Nazirliyi partlayış səslərinin əhali arasında təşviş yaratmaması üçün xəbərdarlıq edib və narahatlığa heç bir əsas olmadığını bildirib.


























