image-pasikbackend

Paşinyan: “Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq”

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq. Bu, regional inkişafın yeganə yoludur: “ Düşmənçilik atmosferinin aradan qaldırılması regional iqtisadi və nəqliyyat infrastrukturunu blokadadan çıxaracaq…”

image-gulsel

Siyasi ekspert Gülsel Səfərova Paşinyanın bu açıqlamasın şərh edən zaman bildirib ki, Paşinyanın bu fikirlər çox gözəldir. Amma əvvəla Paşinyan bunu erməni diasporasına və ondan qidalanan erməni lobbi subyektlərinə deməlidir: “Daha doğrusu tapşırmalıdır (əgər sözünü ciddi alacaqlarsa). 30 il ərzində düşmənçilik, işğalçı mövqeyi və Ermənistan hökumətinə böyük təsir gücünə malik ABŞ, Fransa və Rusiyada yaşayan ermənilər olub. Bu sirr deyil. Ermənistandakı xalqın səfalət içində yaşaması, xaricdə bahalı həyat tərzi yaşayan erməniləri və lobbiçiləri heç vaxt maraqlandırmayıb. Əsas prinsip hökumətlərdən Qarabağ və ətraf rayonlara pul yığıb, oranı terror və narko-trafikinq məkanına keçirmək idi. Və bütün proseslər savaşda üstünlüyümüzlə bitdi. Bugün Turkiyə prezidentinin Füzilidə hava limanının açılış mərasimində iştirak etməsi artıq siyasi situasiyanın tam bizim əlimizdə cəmləşməsinin əyani sübutudur”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki