image-reklam-veteninfo
image-1backend

Paşinyan: Ermənistanın İrana qarşı ABŞ sanksiyalarına qoşulacaq

image-reklam-veteninfo

Ermənistan ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar paketini nəzərdən keçirir. Baş nazir Nikol Paşinyan bu barədə jurnalistlərin İran aviaşirkətlərinin Ermənistana uçuşlarına mümkün məhdudiyyətlərlə bağlı suallarını cavablandırarkən danışıb.

Vətəninfo.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, İrəvan bütün tərəfdaşları ilə şəffaf münasibətlər qurmağa çalışır və xüsusilə dost ölkələrlə əlaqələrin qorunmasına önəm verir.

Bununla belə, baş nazir Ermənistanın özünün sanksiyalara məruz qalması riskinin ölkə üçün keçilməz “qırmızı xətt” olduğunu bildirib.

“Lakin keçə bilməyəcəyimiz bir xətt var: Ermənistanın özünün sanksiyalara məruz qalması riski”, – Paşinyan qeyd edib.

O əlavə edib ki, zərurət yaranacağı təqdirdə Ermənistan məsələ ilə bağlı beynəlxalq tərəfdaşları ilə məsləhətləşmələr aparacaq.

Beləliklə, İrəvanın ABŞ-nin İrana qarşı yeni sanksiyalarına qoşulması ehtimalı hazırda tam istisna edilmir. Eyni zamanda, Ermənistan hökumətinin yekun qərarı ilə bağlı konkret mövqe açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki