Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Veteninfo.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Onlar Belarus və Ermənistandakı vəziyyət barədə bir-birini məlumatlandırıb, KTMT çərçivəsində problemli məsələləri müzakirə ediblər. Ermənistanın baş naziri Belarus prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də məlumat verib”, – deyə məlumatda bildirilir.