image-54backend

Paşinyan prezident olmaq istəyir

image-reklam_sirab_01

“Paşinyan baş nazir olmaq istəmir, prezident olmaq istəyir”.

 

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Məlumata görə Paşinyan bununla bağlı qanuni dəyişiliklərin icrasına artıq başlayıb:

 

“Aydındır ki, konstitusiya dəyişiklikləri və xüsusən də prezident üsul-idarəsinə keçid məsələsi gündəmdədir. Dəfələrlə bildirmişik ki, bu məsələ indiki hakimiyyətin gündəmində qalır. Nikol Paşinyan Konstitusiyaya əlavə və dəyişiklikləri hazırlamaq üçün yeni komissiya yaratmaq qərarına gəlib. Üstəlik, mənbələrimiz bildirir ki, komissiyanın tərkibinin formalaşdırılması məsələsi ilə bağlı təkcə hüquq ictimaiyyəti ilə deyil, həm də sırf iqtidaryönlü siyasi qüvvələrin və ictimai sektorun təmsilçiləri ilə intensiv danışıqlar aparılır. Əldə etdiyimiz məlumata görə, “plan”da 2022-ci ilin sonuna kimi prezident seçkilərinin keçirilməsinin mümkün olması üçün əvvəlki komissiyanın işçi təkliflərindən istifadə etməklə ən qısa zamanda dəyişikliklər layihəsinin olması nəzərdə tutulur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image