image-pasinyan-veteninfobackend

PAŞİNYANDAN RUSİYAYA MESAJ: Ermənistanın sərhədlərini istisnasız olaraq bizim sərhədçilər qorumalıdır

image-reklam_sirab_01

Hakimiyyət Ermənistan Respublikasının istisnasız olaraq bütün sərhədlərinin sərhəd qoşunlarının nəzarətinə keçməsini, ordu hissələrinin isə daimi dislokasiya yerlərinə qayıtmasını istəyir.

Vətəninfo.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistasnın baş nazir Nikol Paşinyan bildirib. Ermənistanın bütün sərhədlərini Rusiyanın Ermənistanda mövcud olan  ordusu tərəfindən mühafizə edildiyini diqqətə aldıqda, Paşiniyanın bu bəyanatının Rusiyaya yönəldiyini demək mümkündür. Ermənistanın baş naziri Dövlət Təhlükəsizlik Xidmətinin tərkibində yaradılan Sərhəd Xidməti əsgərləri qarşısında çıxışı zamanı, rəhbərlik edtdiyi hökumətin  bölgədə sülh və sabitliyin olması üçün vacib addımlar atdığını da bildirib: “Təəssüflər olsun ki, ölkəmizin üzləşdiyi təhlükəsizlik problemləri nəinki həllini tapmayıb, əksinə narahatlıq yaratmaqda davam edir. Biz hamımız, hər şeydən əvvəl ölkənin siyasi rəhbərliyi ölkəmizin sərhədləri boyunca əmin-amanlığın və sabitliyin təmin olunmasına çalışmalıyıq. Bütövlükdə bizim strateji məqsədimiz Ermənistan Respublikasının bütün sərhədlərini sərhədçilərin mühafizəsi altına keçirməkdir ki, onlar öz xüsusi funksiyalarını yerinə yetirə bilsinlər – sərhəd mühafizəsi, o cümlədən qeyri-qanuni miqrasiya ilə mübarizə, sərhədi qanunsuz keçmə ilə mübarizə. , qeyri-qanuni fəaliyyətlə mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və s.”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki