Ermənistanın Baş naziri bir həftə əvvəlki açıqlamasını təkzib edərək Azərbaycanla sülh müqaviləsinin illərlə təxirə salınmayacağını bildirib
Vətəninfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı əvvəlki açıqlamasına yenidən aydınlıq gətirib.
Paşinyan hökumətin bugünkü iclasında bildirib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaqdır.
“Onu 2031-ci ilə, hətta 2029-cu ilə qədər təxirə salmaq planımız yoxdur. Bu, sadəcə olaraq bir müddət çəkəcək bir prosesdir”, – Paşinyan deyib.
Qeyd edək ki, Paşinyan bundan təxminən bir həftə əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasının 2031-ci ilə qədər təxirə salına biləcəyini açıqlamışdı.
Yeni açıqlaması ilə Ermənistan hökumətinin sülh müqaviləsinin imzalanma vaxtı ilə bağlı əvvəlki mövqeyinə zidd mövqe ortaya qoyması diqqət çəkib.


























