Kreml İran rəhbərliyindən, o cümlədən hərbi sahədə heç bir yardım istəyi almayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Rusiyanın İrana, məsələn, silahla yardım göstərməyi planlaşdırıb-planlaşdırmadığını soruşaraq, “İrandan heç bir sorğu olmayıb” deyib.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının şərqşünası İvan Boçarovun fikrincə, ABŞ və İran arasındakı hərbi münaqişə Rusiya üçün müəyyən xərclər yaradır .


























