image-imagesbackend

Peyvənd digər insanları da qoruyur.

image-reklam_sirab_01

Peyvəndlər immun sistemimizin virus və bakteriyaları, həmçinin onların ifraz etdiyi zərərli maddələri tanımasını təmin edir. Beləliklə, peyvənddən sonra orqanizmə təhlükəli orqanizm daxil olduqda immun sistem ona qarşı hazırlıqlı olur və daha güclü mübarizə aparır. Peyvəndləmə nəticəsində yaranan müdafiə sistemi ilə xəstəliklər tamamilə dayandırıla və ya gedişi yüngüləşdirilə bilər. Keçmiş dövrlərdə də bir çox yoluxucu xəstəlik peyvəndləmə ilə nəzarət altına alınmışdır.
Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və ya daha yüngül gedişatına şərait yaradır. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır. Maska, məsafə və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacibdir, lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil.
Gigiyenik təmizlik sağlamlığın qorunmasında ən vacib faktordur və hər zaman öz aktuallığını qoruyacaq. Bundan əlavə, peyvənd olunsaq da, bir müddət maska, məsafə və təmizlik tədbirlərinə riayət etməliyik.
Covid-19 peyvəndi immun sistemimizi virusla qarşılaşdıqda daha güclü mübarizə aparmağımızı təmin edəcək. Cəmiyyətin kifayət qədər böyük bir hissəsi peyvənd olunduqda, xəstəliyin başqalarına keçməsi azaldıla bilər. Bu şəkildə çox sayda həyat xilas ola bilər.
“Peyvənd olunan insanların müəyyən qismi virusa yoluxa bilərlər, sadəcə burada virus yükündən asılı olaraq xəstəliyi nə qədər yüngül keçirəcəklərini bilmək və digər peyvənd olunmayan insanları hansı səviyyədə yoluxdura biləcəyi məsələsi önəmlidir, bu da son tədqiqatlarda araşdırılıb”. “Koronavirusa qarşı peyvəndləmənin yeni yoluxmalara təsirləri barədə iki mühüm elmi tədqiqat aparılıb və yaxın günlərdə elmi ədəbiyyata daxil ediləcək. Tədqiqatların nəticələri bir daha peyvəndləmənin nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir. Bunun peyvəndləmə dövründə pandemiya ilə mübarizədə ciddi irəliləyiş olacağı gözlənilir”.
Alim tədqiqat zamanı da peyvənd aldıqdan bir müddət sonra virusa yoluxan insanların olmasnı və elmi araşdırmaların nəticələrinə əsasən, hətta birinci doza ilə peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olduğunu qeyd edir:
“Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu qədər aşağı olan virus yükü ilə virusun virulentliyi çox aşağı olur və digər insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmamağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır”.
Nuran Abdullayev sözügedən tədqiqatlarda “Biontech”in peyvəndlərindən istifadə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, həmçinin oxşar nəticə “AstraZeneca” peyvəndi üzərində də aparıldıqdan sonra əldə olunub:
“Digər peyvəndlər də yaxın günlərdə bu istiqamətdə elmi tədqiqatlar aparacaq. Ümumiyyətlə, bütün peyvəndlərin yuxarıda qeyd etdiyim təsirlərinin olması istisna edilmir. Ona görə də Azərbaycanda da mərhələli şəkildə hər kəs tez bir zamanda peyvənd olunmalıdır ki, normal həyata qısa müddət ərzində qayıda bilək. Əgər peyvəndləmə uğurla davam edərsə və yuxarıda qeyd etdiyim effektlər ümid edilən kimi uzun müddətli qalarsa, pandemiyanı bitirmək üçün birbaşa selikli qişa immuniteti yaradacaq ikinci nəsil peyvəndlərin tətbiqinə ehtiyac qalmayacaq və pandemiyanın qarşısı hazırda istifadə olunan birinci nəsil peyvəndlərin tətbiqi vasitəsilə alınacaq”.
Azərbaycanlı alim qeyd edir ki, aparılan elmi tədqiqatda həmçinin peyvənd aldıqdan bir müddət sonra virusa yoluxaraq xəstəliyi çox yüngül, bəzən də xəbərsiz keçirənlərin peyvənd almayan şəxsləri hansı səviyyədə yoluxdurması da araşdırılıb. Peyvəndləmə başladıqdan sonra peyvənd vurulmayan insanlardakı virus yükü ilə peyvəndləmədən öncə olan ümumi virus yükü müqayisə edilib. Onun sözlərinə görə, bu, böyük laboratoriyalarda gün ərzində 10-20 min insanlardan götürülən testlər vasitəsilə yoxlanılıb:
“Bu zaman əhali arasında aparılan ümumi peyvəndləmədən təxminən 2 həftə sonra gələn, öncədən peyvənd almayan insanlardakı ilkin diaqnozlara və onlarda olan virus yükünə baxılıb. Nəticədə məlum olub ki, peyvəndləmədən sonra xəstələnən insanların ümumi virus yükü peyvənddən öncə xəstələnən şəxslərdəki virus yükündən çox aşağıdır. Həmin bu virus yükü təxminən xəstəlikdən bir həftə keçdikdən sonra sağalan insanda virulentliyini itirən virus yükünə bərabər olub. Bir sözlə, aparılan elmi tədqiqatlarda peyvəndin təsirindən nəinki peyvənd alan şəxslərdə, hətta peyvənd almayan insanlarda da virus yükünün xeyli aşağı endiyi məlum olub ki, bu da xəstəliyi çox yüngül simptomlarla və ya heç hiss etmədən keçirmək deməkdir”.

Azərbaycan Dillər Universiteti
Qasımova Ləman


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki