Vətəninfo.az xəbər verir ki, dünən İran prezidenti Məsud Pezeşkian hökumətin xarici siyasət kursu ilə bağlı açıqlamasında ABŞ ilə danışıqlar və sanksiyalar məsələsinə toxunub. O, bildirib ki, Tehran Vaşinqtonla razılığa gəlməyə hazır olub, lakin ABŞ müharibə yolu ilə razılaşmanı pozub.
Pezeşkianın sözlərinə görə, Amerika hazırda danışıqları davam etdirmək üçün İranın qarşısında alçaldıcı şərtlər irəli sürür:
“Biz Amerika ilə danışıqlar apardıq və razılığa gəlməyə hazır idik, amma onlar müharibə ilə razılaşmanı pozdular. İndi isə danışıqların davamı üçün alçaldıcı şərtlər təklif edirlər. Mən bunu qəbul edə bilmərəm. Biz rüsvayçılığa boyun əyməyəcəyik və zəif, parçalanmış İranı qəbul etməyəcəyik”.
O, Xameneyinin ölkənin nüvə silahı yaratmaq niyyətində olmadığına dair əvvəlki mövqeyini də təkrarlayıb. Pezeşkian İranın istənilən yoxlamaya hazır olduğunu da deyib.


























