image-reklam-veteninfo
image-images-1backend

Pezeşkian ABŞ-la danışıqlar üçün şərtlərini açıqladı: Sanksiyalar və təhdidlər aradan qaldırılmalıdır

image-reklam-veteninfo

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqların başlanması üçün Vaşinqtonun Tehrana qarşı sanksiyaları ləğv etməli, təzyiq və təhdidlərə son qoymalı olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə İranın “Entekhab” nəşri məlumat yayıb.

Pezeşkian bu fikirləri Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə görüşü zamanı səsləndirib.

İran prezidenti qeyd edib ki, İran xalqı ABŞ-yə etimad göstərmir. Onun sözlərinə görə, Tehran danışıqların başlanacağı təqdirdə Vaşinqtonun yenidən İrana hücum edə biləcəyindən narahatdır.

Pezeşkian ABŞ-ni İranda vəziyyəti qeyri-sabitləşdirmək məqsədilə informasiya müharibəsi aparmaqda da ittiham edib. O vurğulayıb ki, İran heç bir dövlətə hücum etmir, lakin hərbi təcavüzlə üzləşəcəyi təqdirdə geri çəkilməyəcək.

İran prezidenti müharibənin nə İranın, nə regionun, nə dünyanın, nə də ABŞ-nin maraqlarına uyğun olduğunu bildirib.

Onun açıqlaması Tehran və Vaşinqton arasında mümkün danışıqların başlanması üçün İran tərəfinin irəli sürdüyü şərtləri bir daha gündəmə gətirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki