image-reklam-veteninfo
image-1backend

Pezeşkian: “İran dialoqa açıqdır”

image-reklam-veteninfo

İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən rəsmi mərasimdə çıxış edərək ölkənin xarici siyasət prioritetləri və beynəlxalq münasibətlərə yanaşması barədə açıqlamalar verib.

Vətəninfo.az xəbər verir ki, Pezeşkian bildirib ki, milli istehsalın inkişafı regional və beynəlxalq bazarlara çıxış imkanlarından birbaşa asılıdır. Onun sözlərinə görə, hökumətin əsas məqsədi İslam ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, eyni zamanda Avrasiya İqtisadi İttifaqı, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində strateji tərəfdaşlığın gücləndirilməsidir.

İran prezidenti vurğulayıb ki, Tehran beynəlxalq hüquq normalarına riayət etməklə və ali rəhbər Ayətullah Əli Xamenei tərəfindən müəyyən edilən “qırmızı xətlər” çərçivəsində dünya ilə dialoqa hazırdır.

Dövlət başçısı çıxışı zamanı ölkədə mövcud iqtisadi və sosial problemlərə də toxunub. O, yaranmış çətinliklərə görə vətəndaşlardan üzr istəyərək, hökumətin bu problemlərin aradan qaldırılması istiqamətində səylərini davam etdirdiyini qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki