image-reklam-veteninfo
image-1backend

Pezeşkian: “Xameneyinin öldürülməsi müharibə elanıdır”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian İranın ali rəhbəri Əli Xameneyinin ABŞ-İsrail hücumları nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib.

“İslam millətinin böyük sərkərdəsi, İslam İnqilabının ali lideri Əli Xameneyinin dünyanın ən pis canilərinin tərəfindən qətlə yetirilməsi böyük kədər və təəssüf hissi ilə qarşılanır.

Bu hadisə bu gün İslam dünyasının ən böyük bəlasıdır. İranın ən yüksək siyasi rəsmisinin və şiə dünyasının görkəmli liderinin və nüfuzlu şəxsinin xəbis Amerika-sionist ittifaqı tərəfindən öldürülməsi dünyanın hər yerində müsəlmanlara, xüsusən də şiələrə qarşı açıq müharibə elanı hesab olunur”, – deyə, Pezeşkian vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki