Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də və 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 21 ədəd ov tüfəngi götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı 4 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.