image-ilham-eliyev-veteninfo-azbackend

Prezident: Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etməyə hazırdır

image-reklam_sirab_01

Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik.

Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycana səfəri çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlığımızı müzakirə etmək imkanımız oldu. Xanım icraçı direktor azad olunmuş Ağdam şəhərinə səfər etdi və dağıntıların miqyasının şahidi oldu. Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik”, – deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan ilə UN-HABITAT arasında bu il Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsinin də müzakirə edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki