Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
Vətəninfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Elçin Yusubov 1975-ci il avqustun 8-də anadan olub. İqtisadiyyat sahəsində ali təhsil alan Yusubov müxtəlif dövlət qurumlarında, o cümlədən Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər İdarəsində rəhbər vəzifələrdə çalışıb.
O, 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib. Prezident İlham Əliyevin 7 mart 2024-cü il tarixli sərəncamı ilə Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmuşdu.


























