image-02-4backend

Prezidentin hər görüşü diplomatiyamızın uğurudur

image-reklam_sirab_01

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən ölkə başçısı İlham Əliyev həm də İspaniyanın “El Pais” qəzetinin müxbirinə də geniş müsahibə verib. Sammitdə və çoxsaylı görüşlərdə Azərbaycan Prezidentinin kifayət qədər uğurlu çıxışları, inamla verilən mesajları dünya mediasının diqqətini cəlb edib. Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinin verdiyi suallara həmişə olduğu kimi, son dərəcə təmkinlə, arqumentlərlə, faktlarla cavab verdi və Ermənistanın riyakar siyasətini ifşa etdi.
Ölkə Prezidenti çox peşəkarcasına regionla, postkonflikt dövrü ilə, regionda açılacaq kommunikasiyalar, yollarla, Zəngəzur dəhlizi ilə, Laçın dəhlizi ilə bağlı son dərəcə ciddi, qətiyyətli mesajlar verdi və bu mesajlar birmənalı şəkildə əvvəlki mesajları bir daha möhkəmləndirən, bir daha əsaslandıran mesajlar idi. Brüsselə səfər son dərəcə uğurlu bir səfər, uğurlu bir görüş oldu. ölkə Prezidentinin Avropa Birliyində bütün görüşləri həm Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir.
Müsahibədə qeyd edilib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hərbi əməliyyatlar başa çatdıqdan və birgə Bəyanat inzalandıqdan sonra isə saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar.
Dövlət başçısı qeyd edib ki, həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir: “Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib”. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir.
Bildirilib ki, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam və Füzuli kimi böyük şəhərlər tamamilə yerlə-yeksan edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri vardır. Buna baxmayaraq Azərbaycan Ermənistanla danışıqlar aparmağa hazırdır.

İlqar Əliyev – Dövlər İdarəçilik Akademiyasınin tələbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki