image-86backend

Prokuror sabiq icra başçısı üçün 6 il həbs istədi

image-reklam_sirab_01

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Vətəninfo.az-ın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların təsdiqini tapdığını və şahid ifadələri ilə sübuta yetirildiyini deyib. Dövlət ittihamçısı Məharət Musayev və Əli Rüstəmovun 6 il, Razin Qəhrəmanovun isə 5 müddətinə azadlıqdan məhrum edilməsini, barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbirinin ləğv edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.

Məhkəmə prosesi 10 yanvar 2022-ci ildə davam edəcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Ə.Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı M.Mustafayev saxlanılıb.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Vəzifə cinayətlərinin törədilməsində iştirak edən Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki