Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.
Bu barədə Veteninfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
“Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır”, – qurumun Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.