Rusiya məşhur müğənni Alla Puqaçova, Rusiya prezidenti Vladimir Putini doğum günü ərəfəsində ciddi şəkildə məyus edib. Vətəninfo.az xəbər verir ki, bu barədə nüfuzlu “Kreml Təbəkəsi” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Kiriyenko, Puqaçova ilə əlaqə saxlayaraq, ona Kreml rəhbərinə qarşı mövqeyini dəyişməsini təklif edib. Kiriyenko, Puqaçovaya öz Instagram hesabında Vladimir Putinlə bağlı təbrik yazısını paylaşmasını xahiş edib. Bunun qarşılığında müğənnəyə böyük məbləğdə pul və ya yüksək vəzifə təklif olunub.
Bununla belə, Puqaçova təklifə birmənalı şəkildə cavab verərək, “Müharibə davam edərkən heç kəsi təbrik etməyəcəyəm” – deyə bildirib.


























