Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında gözlənilən görüşün gündəliyi açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Liderlər Ukrayna ətrafındakı gərginliyi, NATO-nun Rusiya Federasiyası sərhədlərinə irəliləməsini və Rusiya liderinin təhlükəsizlik zəmanətləri haqqında təşəbbüsünü müzakirə edəcəklər.
Qeyd edək ki, dekabrın 7-də Rusiya və ABŞ liderləri arasında videokonfrans formatında danışıqlar keçiriləcək.