image-reklam-veteninfo
image-1backend

Putin müharibəni dayandırmaq üçün şərtlərini AÇIQLADI 

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynada müharibəni “sülh yolu ilə” sona çatdırmaq istəyir və bunu keçən il iyunda Xarici İşlər Nazirliyində açıqladığı prinsiplər əsasında həyata keçirməyi planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə o, “İlin yekunları” proqramında çıxışı zamanı bildirib və sözləri Rusiya KİV-lərində yayımlanıb.

Putin deyib ki, hələlik Ukraynanın sülhə hazır olmadığını görür: “Hamımız xatırlayırıq, hər şey 2014-cü ildə Ukraynada ‘dövlət çevrilişi’ ilə başladı. Minsk razılaşmalarının nəticələrinə görə bütün problemlərin sülh yolu ilə həlli ilə bağlı verdikləri sözlər aldatma idi. Hazırda isə Ukrayna bu konflikti sülh yolu ilə sona çatdırmaqdan imtina edir”.

Rusiya lideri həmçinin bildirib ki, Kiyev tərəfdən müəyyən dialoq siqnalları gəldiyini bilir: “Biz də hazırıq və istəyirik ki, bu münaqişə sülh yolu ilə, keçən il iyunda açıqladığım prinsiplər əsasında, bu böhranı yaradan əsas səbəblər aradan qaldırılmaqla başa çatsın”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki