image-zhegodnae-press-konferencie-prezidenta-utinabackend

Putin: “Rusiyanı açıq-aşkar aldatdılar”

image-reklam_sirab_01

“Rusiya 1990-cı illərdə NATO-nun Şərqə irəliləməyəcəyinə əmin olanda aldadılıb, sadəcə olaraq açıq-aşkar aldadılıb”.

Vətəninfo.az  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçidiyi illik mətbuat konfransında bildirib.

“1990-cı illərdə bizə demişdilər ki, Şərqə doğri bir qarış belə irəliləməyəcəklər. Bəs nə? Aldatdılar. Onlar sadəcə həyasızcasına aldatdılar” deyən Putin NATO-nun artıq Rumıniya və Polşaya gəlib çıxdığını bildirib.

“NATO-nun Şərqə doğru heç bir irəliləməsi olmamalıdır”,- deyə Putin vurğulayıb ki, Qərb Rusiyaya təhlükəsizliklə bağlı təminat verməlidir:

“Qərb Rusiyaya təhlükəsizliklə bağlı zəmanət verməlidir. İndi və dərhal… Təhlükəsizliklə bağlı zəmanəti bizdən tələb etməməlidir!”.

Prezident deyib ki, pandemiya kontekstində Rusiya iqtisadiyyatı bir çox digər dövlətlərlə müqayisədə daha səfərbər və şoklara hazır oldu.

“Koronavirus infeksiyası, bununla bağlı iqtisadiyyatda və sosial sahədə zəruri, məcburi məhdudiyyətlərlə üzləşən iqtisadiyyatımızın dünyanın bir çox inkişaf etmiş iqtisadiyyatları ilə müqayisədə daha səfərbər və bu cür şoklara hazır olduğu ortaya çıxdı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image