image-1669187422_1661143165_16611373265169035287_1000x669backend

Putinin gözlənilməz ZƏNGİ – Qarabağda gərginlik artır, Zəngəzur məsələsi isə… 

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Aparılan müzakirələrdə Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib.

Lakin son günlər Qarabağ və Ermənistan-Azərbaycan sərhədində ordumuza yönələn təxribatların münətəzəm xarakter alması, eləcə də bu gün İrəvanda baş tutacaq KTMT iclası fonunda prezidentlərin telefon danışığı daha çox diqqət çəkib.

Bəs, baş verənlər fonunda prezidentlərin telefon danışığı nə vəd edir? 

Sualı cavablandıran politoloq Tural İsmayılovun fikrincə, telefon danışığında KTMT iclası çərçivəsində Rusiya rəhbərliyinin Ermənistana səfər məsələsi müzakirə edilib:
“Rusiya yaxşı fərqindədir ki, Putindən əlavə, Lavrov və Patruşev kimi yüksək ranqlı dövlət rəsmilərinin İrəvana səfəri Azərbaycan cəmiyyətində qıcıq yarada bilər. Bu baxımdan, iki ölkə lideri arasında danışıqlarda KTMT-lə bağlı dəqiqləşdirmələr aparılıb.

Bununla yanaşı, sərhədlərin delimitiasiya və demarkasiyası, o cümlədən Soçi görüşündən sonra əldə olunan müddəaların hansı zaman kəsiyində yerinə yetirilməsi məsələləri də müzakirə edilib. Bu baxımdan, Putinlə Cənab Prezident arasındakı danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı mühüm yeniliklərə səbəb ola bilər.

Eyni zamanda Rusiya Baş naziri Mişustinin ötən həftə Bakıya səfəri zamanı iqtisadi, ticarət əlaqələri müzakirə predmeti olmuşdu. Düşünürəm ki, iki ölkə prezidentinin danışığında bu məsələlər ətrafında da fikir mübadiləsi aparılıb”.

Tural İsmayılov Qarabağda artan gərginliyə də diqqət çəkib:

“Özəlliklə, KTMT-nin İrəvandakı iclasında öncə Ermənistan qəsdən cəbhədə vəziyyəti gərginləşdirməklə, Azərbaycanı ittiham etməyə, KTMT-də Azərbaycan əlehinə fikirlərin səsləndirilməsinə nail olmağa çalışır. Zənnimcə, Rusiya da Ermənistan hakimiyyətinin bu hiyləgər gedişlərinin fərqindədir. Bu fonda liderlərin danışığında sözügedən gərginliyin də müzakirə olunduğunu düşünürəm.

İstənilən halda, Rusiya Ermənistana Soçidə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün daha ciddi təzyiqlər etməlidir. Bu edilməyəcəyi təqdirdə, Ermənistanın təxribatları davam edəcək. Nəticədə Cənubi Qafqazda sabitliyə qarşı təhdid davam edəcək. Bu isə regional layihələrin reallaşdırılmasının ləngiməsinə səbəb olacaq. Vəziyyətin qeyd olunan formada cərəyan etməsi isə Rusiyanın hazırki dövrdəki iqtisadi maraqlarına əsla cavab vermir”.bizim.media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki