image-photo-2021-12-23-22-42-13backend

Qalib ordu və mübariz gənc nəsil formalaşdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev.

image-reklam_sirab_01

Müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, satqınlıq və xəyanət nəticəsində çox böyük faciələr yaşadıq. Ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın meydan sulaması ilə yanaşı, torpaqlarımız işğal edilir, xalqın sabaha olan ümidləri itirdi. Azərbaycan müstəqilliyini yenidən əldən vermək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın yaşadığı faciələrdən xilası mümkün oldu. Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində möhkəm təməl formalaşdırdı, Azərbaycanı yenidən qurdu və qarşıdakı illərdə ölkəmizi necə görmək istədiyinin prioritetlərini açıqladı. Dahi rəhbərin əsas hədəfi Azərbaycanın Günəş kimi dünyaya doğması oldu. Ölkəmiz qısa zamanda bu hədəfə çatdı. Bütün sahələrdə uğurlu addımlar atıldı və bunun məntiqi nəticəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz oldu.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Eyni zamanda, Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda olduğunu real müharibə meydanında isbat etdi. Heç də təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başlamasından İkinci Qarabağ müharibəsi alovlanana qədər keçən 17 ildə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində davamlı fəaliyyətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bütün bunların nəticəsidir ki, bu gün biz qalib Azərbaycan Respublikasının vətəndaşları olaraq bütün dünyaya fəxrlə və qürurla bəyan edirik ki, yenilməz ordumuz istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirmək iqtidarındadır
Bəli, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan təzyiq və təhdidlərə qətiyyətlə, əzmlə sinə gərən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “yenilməz Ermənistan ordusu” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflər darmadağın edildi.
Başqa sözlə, Azərbaycan Ordusu döyüş meydanında özünün şərtsiz üstünlüyünü təkcə yağı düşmənə deyil, bütün dünyaya sübut etdi. Bax, bu qəhrəmanlığın, bu yenilməzliyin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən mükəmməl döyüş qabiliyyətinə malik ordularından biri olduğunu təsdiq etdi
Bu tarixi qələbənin qazanılmasında hərbçilərimizin yüksək vətənpərvərlik hisslərinə, döyüş əzminə malik olmaları böyük rol oynadı. Döyüşlər başa çatandan sonra Ermənistan mənbələri etiraf etdilər ki, Azərbaycan Ordusunun gücü qarşısında erməni əsgərlər cəbhənin bütün istiqamətlərində qaçıblar, kütləvi şəkildə fərarilik ediblər. Bəli, Azərbaycan əsgəri düşmənin üzərinə ölümdən belə çəkinmədən hünərlə, cəsarətlə yürüdü. Bu yolla şəhidlik zirvəsinə ucaldı.
Vətən yolunda şəhid olanların əziz xatirəsi daim uca tutulacaq, onların ailə üzvləri həmişə yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar. Şuşanın azad edilməsi xəbərini Ali Baş Komandan məhz Şəhidlər xiyabanında çatdırmışdı. Bu xəbəri ilk eşitməyə məhz şəhidlərin haqqı kimi yanaşmışdı.
Abdullayeva Aytən Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki