image-photo-2021-12-20-08-46-39-1backend

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

image-reklam_sirab_01

Azərbaycan Respublikasının II Qarabağ müharibəsinfə zəfər çalması tarixi əhəmiyyət kəsb edir.Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi. Ermənistan işğal tarixindən 27 sentyabr 2020-ci il tarixinədək Azərbaycan dövlətinə qarşı təhdidlərlə çıxış edirdi. Düşmən ölkə rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” aparmaq iddiasında idi.Nəticədə düşmənin bu fikri iflasa uğradı, anladılar ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Bəli, Azərbaycan dövləti artıq əvvəlki deyil, bu gün onun etibarlı müttəfiqləri var, Azərbaycan güclü dövlətdir, ən müasir silahlarla silahlanmış ordusu var.Azərbaycan müstəqil siyasət yürüdür. Ali Baş Komandanın müharibə ərzində televiziyada xalqa müraciəti zamanı işğalçıları “itiqovan kimi qovuruq” ifadəsi hər bir vətəndaşın dilində məşhur aforizmə çevrilmişdir. 27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək üstünlük əldə etdi. Üçtərəfli bəyannamənin imzalanmasına qədər 44 günlük müharibə ərzində təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə , çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Düşmən dövlət müharibə gedişində hər cür çirkin əməllərə əl atdı, mülki əhalini atəşə tutdu, Gəncədə, Bərdədə və digər yerlərdə insan tələfatı ilə nəticələnən terror aktı törətdi, yaşayış mənzilləri bombalandı.Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi.Azərbaycan dövləti isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək, öz torpaqları uğrunda haqq savaşı apardı.Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur.Bu birlik yumruq halında birləşmişdir. Cənab Prezidentin dediyi kimi “bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova dayandıq torpağımızda.Düşmən diz çökdü”.Müharibə nəticəsində Ermənistan təkcə hərbi cəhətdən sarsılmadı, iqtisadiyyatı da çökdü, ölkəni xaos bürüdü, xalq və dövlət qarşıdurması baş verdi..
10 noyabr 2020-ci il tarixdə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyuldu. İmzalanmış 3 tərəfli bəyanat məsələnin həllində son nöqtəni qoydu. Böyük qələbənin sevincini xalqa yaşatdığı üçün cənab Ali Baş Komandana minnətdarıq. Zəfər sevincinə görə vətən uğrunda canlarından keçən şəhid oğulların da ruhu şad oldu, 10 noyabr Böyük qələbə günü kimi Azərbaycan tarixinə həkk olundu.

Bütün şəhidləri dərin hörmətlə anır, ruhları qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfa diləyirik.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Günel Niftiyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki