Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropanın sərt tənqidlərinə cavab verib.
Veteninfo.az xəbər verir ki, Qaribaşvili Gürcüstan hakimiyyətini sərt tənqid edən avropalı parlamentariləri və konqresmenləri qərəzli adlandırıb.
“Keçmiş hökumətin dostlarının Avropada, ABŞ-da klubları var və onların bəyanatları baş nazir kimi mənim üçün tamamilə maraqsızdır. Məhz buna görə Vahid Milli Hərəkat dövlət büdcəsindən milyonlar xərcləyirdi. Mən avropalı parlamentariləri, konqresmenləri, müxtəlif analitik mərkəzlərdə çalışan, bu gün də fəaliyyət göstərən ekspertləri nəzərdə tuturam. Onları şəxsi tanışlıq və dostluq bağlayır”.