image-70backend

Qazaxda gənc oğlan bıçaqlanıb

image-reklam_sirab_01

Xaçmaz sakininə Qazax rayonunda mübahisə zəminində kəsici ailətlə xəsarət yetirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Xaçmaz rayon sakini, 1991-ci il təvəllüdlü F.İsmayılov mübahisə zəminində üz və çənə nahiyəsindən kəsici ailətlə xəsarət alıb.

Xəstəxanaya aparılan gəncə həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

Ona xəsarət yetirən şəxsin Pərvin adında şəxs olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki