Vətəninfo.az xəbər verir ki, artan təhlükəsizlik təhdidləri səbəbindən Qazaxıstan Aviasiya Administrasiyası (AAK) Qazaxıstan aviaşirkətlərinin İran üzərindən uçuşlarını növbəti xəbərdarlığa qədər qadağan edib.
“Bütün uçuşlar təhlükəli zonadan yayınır. Vəziyyət AAK-ın nəzarəti altındadır və təhlükə artdıqca əlavə tədbirlər görüləcək”, – deyə qeyd edilib.


























