Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb.
Veteninfo.az xəbər verir ki, KTMT katibliyinin yaydığı məlumata görə, Rusiya hava-desant qoşunları Qazaxıstana göndərilən KTMT sülhməramlı qüvvələrinin tərkibinə daxil olub və Aerokosmik Qüvvələrin təyyarələri ilə respublikaya ötürür.
KTMT-nin Qazaxıstandakı Kollektiv Qüvvələrinin əsas vəzifələri “dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşməsinə köməklik” olacaq.
Xatırladaq ki, KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.