Son günlər ciddi kommunal problemlərlə üzləşən Xankəndidə hələ də qazın verilişi bərpa olunmayıb.
Veteninfo.az xəbər verir ki, İctimai Televiziyada şəhərin son görüntüləri yayımlanıb. Görüntülərdən aydın olur ki, şəhərin erməni əhalisi küçədə əl-ələ tutaraq qaz probleminə etirazlarını bildirir. Şəhərdə qaz olmadığı üçün əhali isti su problemi də yaşayır.
Qeyd edək ki, son günlər şəhərdə havanın qarlı keçməsi problemi daha da şiddətləndirib.