Bir həftə əvvəl Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, paralel olaraq Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasnın (AHİK) sədri Sahib Məmmədovun müavini postundan istefa verən Qəzənfər Abdullayev bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum olunub.
Mia.az xəbər verir ki, oktyabrın 1-də Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MR) iclası keçirilib.
İclasda VII çağırış Ali Məclisin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.
Onun müraciəti qanunvericiliyə uyğun qaydada MSK-da araşdırılıb və deputat mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.


























