Xəbər verdiyimiz kimi, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov saxlanıb.
Veteninfo.az xəbər verir ki, sosial şəbəkələrdə Rasim Məmmədovun qazini təhqir edən videosu yayılıb.
Belə ki, yayılan videoda Rasim Məmmədov birinci Qarabağ müharibəsi veteranının üzünə tüpürür.
Qeyd edək ki, Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib. Onun saxlanılma xəbəri ilk olaraq musavat.com yazıb.