image-reklam-veteninfo
image-1backend

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? – Fotolar

image-reklam-veteninfo

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibov Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə usta və fəhlələrin 53 min manatını ödəməkdən boyun qaçırıb.

Vətəninfo.az  xəbər verir ki, bu iddia ilə Manşet.az-a bir qrup usta və fəhlə müraciət edib.

Şikayətçilər eks-icra başçısının müxtəlif əmlakları və bahalı avtomobillərinin olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini bildiriblər.

“Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır”, – deyə orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev söyləyib.

Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, zəhmətləri qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər: “Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir”.

Rauf Həbibov sayta açıqlamasında belə bir problemin olduğunu etiraf edib: “Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam”.

Xəbəri rus dilində oxuyun: Рауф Хабибов отказался платить мастерам за сауну для жены – ФОТО

Qeyd edək ki, 2007-ci ildən icra başçısı olan Rauf Həbibov 2012-ci ildə Qubada baş vermiş kütləvi etiraz aksiyası və qarşıdurmadan sonra vəzifəsindən azad edilib.









  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki