image-img-20211016-wa0048backend

“Regionda gənclərin və medianın sülhə dəstəyi” forumu Marneulidə davam edib-FOTO

image-reklam_sirab_01

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanda keçirilən “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı beynəlxalq forum işini davam etdirir.

Veteninfo.az xəbər verir ki, forumun ikinci günü Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə bir araya gəlib. Səfirə sözgedən forum haqqında məlumat verilib, səmərəli müzakirə keçirilib.

Görüşdən sonra forum Marneulidəki “Ata Holding” binasında yerləşən Azərbaycanlıların İnteqrasiya Mərkəzində öz işinə başlayıb.

Gürcüstandakı səfirliyimizin əməkdaşı Anar Rəsulov, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdiri Vüsal Məmmədov, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, Qarabağ qazisi, “Veteninfo.az”İnformasiya Agentliyinin baş redaktoru  Nahid Canbaxışlı, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, “Oxu.az” saytının köşə yazarı Kübra Məhərrəmova, “Real” TV-nin əməkdaşı, Qarabağ qazisi İsmayıl Hüseynov, Busaat.az-ın baş redaktoru Emin Fərzəliyev, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev, Gürcüstandakı “Ata Holding”in direktoru Məhəbbət İmanov və digərləri çıxış edərək Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən və zəfərlə sonlanan savaşın regionda güclər qüvvətinə təsirindən söz açıb, bölgə gənclərinin inteqrasiyasının əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, gənclər foruma xüsusi maraq göstərib, müzakirələrdə aktiv iştirak ediblər.

Forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanan “Xarı bülbül”lü hədiyyələrin iştirakçılara təqdim edilməsilə başa çatıb. Bununla da forum öz işni yekunlaşdırıb.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki