“Azərbaycanda rəqəmsallaşmanı həyata keçirən nazirliyin rəhbəri olaraq məni iki sual düşündürür. İlk sual ondan ibarətdir ki, ölkəmizdə rəqəmsal transformasiyanın qurulması vacibdir ki? bu ölkəmizdə son illərdə müşahidə etdiyimiz iqtisadi artımla həmahəngdir. Digər tərəfdən biz nə etməliyik ki, rəqəmsal transformasiya özü özlüyündə həmin bu iqtisadi inkişafda qıtqısı olsun? Başqa sözlə biz nə etməliyik ki, bizim cavabdeh olduğumuz sahədə əlavə dəyərlər daha effektiv və daha səmərəli şəkildə yaradıla bilsin”.
Vətəninfo.az xəbər verir ki, bunu Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Biz hesab edirik ki, bu rəqəmsal transformasiya yolu ilə biz Azərbaycan cəmiyyətində effektivlik və səmərəliliyin ardına düşərək buna nail ola bilərik. Burada effektivlik və səmərəlilik dedikdə o nəzərdə tutulur ki, dövlətlər tarixən öz üstünlüklərini göstərməyə çalışıblar. Üstün mövqeləri onlara tarixin müxtəlif kəsiyində ayrı-ayrı inqredientlər verib. Əgər ilkin dönəmlərdə bu insan yaxud toplumun sayı idisə, sonradan bu təbii ehtiyatlar, faydalı qazıntılar hesab olundusa, sonradan bu müəyyən mənada sənayeləşmə idisə, daha sonra avtomatlaşma idisə, bu gün biz birmənalı deyə bilərik ki, cəmiyyətin inkişafına şərait yaradan yeganə vasitə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafıdır. Biz də hökümət olaraq məhz belə cəmiyyətin qurulmasını istəyirik”, – deyə o, qeyd edib.