image-reklam-veteninfo
image-1backend

Respublikaçı senator: ” İranla razılaşma Konqresin razılığı olmadan mümkün deyil” 

image-reklam-veteninfo

ABŞ-də nüfuzlu respublikaçı senator Lindsi Qraham İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı mövqeyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Qraham “X” hesabında paylaşımında bildirib ki, belə bir razılaşma həm ABŞ-nin milli təhlükəsizlik maraqlarına, həm də İran xalqının ehtiyaclarına cavab verə bilər. Bununla belə, o vurğulayıb ki, İranın əvvəlki razılaşmalara münasibəti nəzərə alındıqda, Amerika daxilində geniş siyasi dəstək qazanmaq asan olmayacaq.

Senator qeyd edib ki, buna baxmayaraq, məsələyə açıq yanaşır və İran İslam Respublikası ilə ABŞ arasında əldə olunacaq istənilən razılaşmanın mütləq Konqresə təqdim edilərək baxılmalı və səsverməyə çıxarılmalı olduğunu düşünür.

Qraham xatırladıb ki, o, daha əvvəl İranda baş verən ümumxalq etirazları zamanı etirazçıları dəstəkləyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki