image-17backend

Rəsul Quliyev Bakıya qayıdır?

image-reklam_sirab_01

Milli Məclisin eks-spikeri, keçmişdə Azərbaycan müxalifətinin liderlərindən biri, mühacirətdə olan Rəsul Quliyev Azərbaycana qayıtmasını istisna etməyib.

Jurnalistlərə müsahibəsində o, istədiyi vaxt Azərbaycana qayıda biləcəyini, lakin vətənində nə edəcəyini bilmədiyini bildirib.

“Düşünürəm ki, nə vaxt istəsəm geri qayıda bilərəm. Bu barədə düşünürəm. Mən oturub danışanlardan deyiləm. Ehtiyac olanda gələcəm. Bəlkə on beş günə gələcəm. Vətən sevgisi orada yaşamaqla bağlı deyil. Hətta mühacirətdə olsam da, mən Azərbaycanın əhalisinin 90 faizindən çoxunu sevirəm”, – deyə eks-spiker bildirib.

Qeyd edək ki, Rəsul Quliyev son illər Azərbaycan hakimiyyətinə qarşı sərt ritorikadan əl çəkib və daha çox müxalifəti tənqid etməyə başlayıb. Ola bilsin ki, hakimiyyətə sədaqət Rəsul Quliyevin ölkəyə qayıtmasına şərait yaradacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image