“Roskosmos” dövlət korporasiyası Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpası və kosmos sektorunda yeni birgə layihələr təklif edir. Bu barədə qurumun rəhbəri Dmitri Roqozin bildirib.
“Biz dirçələn Azərbaycan şəhərləri üçün yüngül marşrutlu nəqliyyat təklif etmişik. Hal-hazırda çox maraqlı və gözəl tramvaylar istehsal edirik. Biz “Maglef” sistemini – maqnit levitasiya qatarlarını istehsal edirik. Biz Azərbaycana, o cümlədən tibbi ləvazimatlara və daha çox şey verməyə hazırıq. Hətta tək “Roskosmos” Azərbaycan iqtisadiyyatı üçün çox vacib tərəfdaş ola bilər”, – Roqozin bildirib.
O əlavə edib ki, “Roskosmos” Azərbaycan Kosmik Agentliyi ilə birgə Yerin kosmosdan uzaqdan zondlanması sahəsində fəaliyyət göstərməyi planlaşdırır.