image-reklam-veteninfo
image-1backend

 Rubio: İran neft ixrac etmək imkanını tamamilə itirə bilər

image-reklam-veteninfo

ABŞ dövlət katibi Marko Rubio İranın yaxın gələcəkdə neft ixrac etmək imkanından tamamilə məhrum ola biləcəyini və bu sahədən əldə etdiyi gəlirləri itirəcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Rubio bu barədə Parisdə keçirilən mətbuat konfransında danışıb.

Dövlət katibinin sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi blokada şəraitində İran Vaşinqtonla anlaşma memorandumu qüvvədə olduğu müddətdə neft ixracını davam etdirib. Lakin dənizdə saxlanılan neft ehtiyatları demək olar ki, tükənib.

“Bu mərhələdə onların heç bir gəliri olmayacaq”, – Rubio qeyd edib.

ABŞ dövlət katibi xatırladıb ki, Vaşinqtonun İrana qarşı sanksiyaları əvvəllər də qüvvədə olub. Buna baxmayaraq, Tehran müəyyən dövrlərdə dünya bazarına enerji daşıyıcıları çıxarmaq imkanını qoruyub saxlayıb.

Rubio, həmçinin bildirib ki, qonşu ölkələrin neftinin Hörmüz boğazı vasitəsilə daşınması demək olar ki, müharibədən əvvəlki səviyyəyə qayıdıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki