image-bayraktarbackend

Rusiya agentliyi Baraktar TB2 ilə bağlı məlumat yaydı

image-reklam_sirab_01

Türkiyənin “Baykar Makina” şirkəti üç “Bayraktar TB2” pilotsuz uçuş aparatını (PUA) pulsuz olaraq Ukraynaya təhvil vermək niyyətində olduğunu açıqlayıb,

Vətəninfo.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayımlayıb. Yayılan məlumatda deyilir ki,iş adamları və sadə insanlar bir neçə gün ərzində bu məqsədə çatmaq üçün kiçik və böyük vəsaitlər toplayıblar.

Yayılan məlumatda  şirkətin Twitter- nesabına istinadən iddia edilir ki, Baykar TB2 üçün ödənişi qəbul etməyəcək və üç PUA-nı pulsuz olaraq Ukrayna cəbhəsinə göndərəcək.

 

Qeyd edək ki, ötən həftə Türkiyə prezident administrasiyasının müdafiə sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir Türkiyənin Ukraynaya silah tədarükündə daha ehtiyatlı olduğunu bildirib. Türkiyənin Ukraynaya silah, xüsusən də Bayraktar TB-2 pilotsuz uçan aparatları ilə tədarük etməyə davam edib-etməməsi ilə bağlı suala Dəmir “nəsə baş verir” deyib. Ukrayna və Türkiyə rəsmiləri Bayraktar TB-2 pilotsuz təyyarələrinin gələcək tədarükü ilə bağlı şərh verməkdən imtina ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki