image-17backend

Rusiya və İran 208 il öncə Bütöv Azərbaycanı böldülər – “Gülüstan müqaviləsi”…

image-reklam_sirab_01

Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən “Gülüstan müqaviləsi”nin bağlanmasından 208 il ötür.

Veteninfo.az  xəbər verir ki, 1813-cü ilin 12 oktyabr tarixində imzalanan həmin müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü.

1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində bağlanan, birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə tarixə imzalandığı yerin adıyla “Gülüstan müqaviləsi” kimi yazılıb. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə imperiyanın Gürcüstandakı komandanı Nikolay Ratişev imzalayıb. Bu sülh müqavilənin şərtlərinə əsasən, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiya İmperiyasına verilib.

208 il öncə Azərbaycan türklərini iki yerə ayıran “Gülüstan” müqaviləsi özündən sonra xaqımızın həyatında dəhşətli hadisələr üçün pis başlanğıc olub.

“Gülüstan”la fars və rus işğalçılığına qarşı dura bilməyən xalqımızın aqibətinə hələlik davam edən ayrılıq, parçalanma yazıldı. Adıçəkilən müqavilə ilə farslarla ruslar torpaqlarımızı şəxsi mal kimi öz aralarında böldülər. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətçilik imkanımız, tarixi ərazilərimiz əlimizdən çıxdı. “Gülüstan”dan sonra ardıcıl olaraq yurdumuz böyük faciələrə tuş gəldi

Yurdumuzu 11 maddədən ibarət müqavilə ilə bölən yağılar öz aralarında savaşa son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz də verdilər. Bu gün həmin dostluq davam etməkdədir.

Beləliklə, Bütöv Azərbaycan iki yerə parçalandı. Azərbaycandan – bölüşdürülən torpaqdan kimsə orada iştirak etmədi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki