2021-2024-cü illərdə Rusiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə Xəzər dənizində plastiklə mübarizə üzrə birgə layihənin həyata keçirilməsinə 4 milyon dollar ayıracaq. Bu barədə Rusiya Federasiyası hökumətinin çərşənbə axşamı rəsmi hüquqi informasiya portalında dərc olunan sərəncamında deyilir.
“2021-2024-cü illərdə bu məqsədlərə federal büdcə hesabına 4 milyon dollara qədər vəsait ayrılacaq. O cümlədən 2021-ci ildə – 744,8 min dollara qədər, 2022-ci ildə – 1 milyon dollara qədər, 2023-cü ildə – 1,3 milyon dollara qədər və 2024-cü ildə – 859,8 min dollara qədər”, – məlumatda deyilir.