“Vector Rail” dəmir yolu operatorunun baş direktoru Aleksandr Konovalov Rusiyada həbs edilib. O, xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur. O, şirkətin direktoru Sergey Çekanovla birlikdə “SG Trans” neft-qaz və neft-kimya nəqli şirkətinin aktivlərinin mənimsənilməsi işində şübhəli bilinir. Vətəninfo.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb. Konovalov 26 fevral axşamı həbs edilib.
İki gün sonra, Moskvanın Tver Rayon Məhkəməsinin hakimi Anna Bejanova təqdim olunmuş ərizəyə əsasən, qətimkan tədbiri olaraq iki aylıq ev dustaqlığı seçdi. Sergey Çekanov və eyni işlə əlaqəli digər yüksək vəzifəli məmur, Rusiya Dövlət İdarəçiliyi və Xalq Təsərrüfatı Akademiyası rektorunun müşaviri İvan Danilova da ev dustaqlığı tətbiq edildi. Konovalov ötən ilin may ayında “Vektor Rail” şirkətinin baş direktoru oldu.


























