image-reklam-veteninfo
image-1backend

Rusiyada miqrantlara  satıcı və kuryer kimi işləmək qadağan edildi

image-reklam-veteninfo

Rusiyanın Rostov vilayətində miqrant işçilərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq.

Vətəninfo.az xəbər verir ki, RT-nin yaydığı məlumata görə, 1 aprel tarixindən etibarən iş icazəsi (patent) əsasında çalışan əcnəbilərə fitnes mərkəzlərində, topdan və pərakəndə ticarət sektorunda (qida, içki və tütün məhsulları üzrə), eləcə də çatdırılma xidməti sahəsində işləmək qadağan ediləcək. Bundan əlavə, miqrantlar sürücü və maşinist kimi də fəaliyyət göstərə bilməyəcəklər.

Qərara əsasən, 1 martdan etibarən əcnəbilərə qiymətli metalların istehsalı və poçt xidmətləri sahəsində çalışmaq da yasaqlanacaq.

Məhdudiyyətlər Rusiyada patent əsasında işləyən xarici vətəndaşlara aiddir.

Bununla yanaşı, qərarın Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşlarına şamil edilməyəcəyi bildirilib.

Qeyd edək ki, oxşar məhdudiyyətlər daha əvvəl Krımda, Sankt-Peterburqda və Kursk vilayətində də tətbiq olunmuşdu.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki