“2020-ci ilin mart ayından 7 milyondan çox əcnəbi qanuni əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə sənədi alıb. Milyon yarımdan çox xarici vətəndaş isə Rusiyada qalmalarının qanuniliyini tənzimləyə bilib”.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin yaydığı məlumatda bildirilib.
Qurumdan o da xatırladılıb ki, 2022-ci il yanvarın 1-dən Rusiya Federasiyasında qeyri-qanuni işə görə əcnəbilər nəinki cərimələnə bilər (beş min rubla qədər), həm də Rusiya Federasiyasından deportasiya oluna bilər. Əcnəbilərin qeyri-qanuni işə cəlb edilməsinə görə işəgötürənlər hər belə işçi üçün 800 min rubla qədər cərimələnə bilər.
Bununla əlaqədar Daxili İşlər Nazirliyi əcnəbilərə və işəgötürənlərə 31 dekabr 2021-ci il tarixinədək miqrantların Rusiya Federasiyasında hüquqi statusunun tənzimlənməsi üçün daxili işlər orqanlarına müraciət etməyi tövsiyə edib.
Belə ki, Rusiyada işləmək üçün sənədləri olmayan Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları sənədlərin təqdim edilməsi üçün son tarixə dair tələblər və Rusiyaya daxil olarkən səfərin bəyan edilmiş məqsədi nəzərə alınmadan patent almaq üçün müraciət etmək hüququna malikdirlər.