Rusiyanın Kemerovo vilayətində kömür mədənlərinin birində yanğın baş verib.
Veteninfo.az xəbər verir ki, şaxtada yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Fövqəladə Hallar Nazirliyi hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onlardan 236-nın artıq evakuasiya edildiyi barədə açıqlama yayıb.
Qeyd edək ki, təxliyə davam edir.