image-73backend

“Rusiyanın dəstəyini həmişə hiss etmişik…”

image-reklam_sirab_01

Bu günlərdə həm Azərbaycan, həm Rusiya və ümid edirəm ki, həm də Ermənistan Brüsseldəki görüşlərin nəticələrini gözləyir. Biz regionda sabitliyin təmin olunması baxımından Rusiyanın dəstəyini həmişə hiss etmişik və ümid edirəm ki, gələcəkdə də bunu görəcəyik.

Bunu bu gün ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Bakıda “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfrans zamanı deyib.

O ümidvar olduğunu bildirib ki, Rusiya nümayəndələrinin Azərbaycana səfəri məhsuldar olacaq.

“Sizin missiyanız əldə olunmuş razılaşmaların icra olunmasını müəyyənləşdirən şəxslər olmaqdır. Razılaşmalar bütün regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyacaq. Ona görə də biz bu əməkdaşlığa ümidlə baxırıq”, – deyə o bildirib.

Paşayevin sözlərinə görə, daha yaxşı birgə işlər görmək lazımdır.

“Bizim Rusiya universitetləri ilə yaxşı münasibətlərimiz qurulub. Biz elmi sahədə birgə elmi-tədqiqat mərkəzləri yaratmalıyıq. Moskva Beynəlxalq Münasibətlər Dövlət Universiteti ilə ikili diplomlara malikik, analoji format Leninqrad Universiteti ilə mövcuddur. Bundan başqa, Rusiyanın digər ali tədris müəssisələri ilə danışıqlar aparılır. Müəllimlər arasında təcrübə mübadiləsi sahəsində də əməkdaşlıq lazımdır”, – H.Paşayev deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image