image-22backend

Rusiyanın hava-kosmik qüvvələri Qarabağ münaqişəsi zamanı PUA-lardan istifadə təcrübəsini öyrəniblər

image-reklam_sirab_01

Rusiyanın hava-kosmik qüvvələri 2021-ci ildəki təlimlərdə Qarabağ münaqişəsi zamanı kəşfiyyat və zərbə PUA-larından istifadə təcrübəsini öyrəniblər. Bunu Rusiya Federasiyasının hava-kosmik qüvvələri komandanının müavini general-leytenant Andrey Demin “Независимое военное обозрение” nəşrinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, hava-kosmik qüvvələrində builki təlimlər zamanı döyüş hazırlığı HHM birliklərinin iştirakı, o cümlədən onların poliqona çıxarılması ilə təkmilləşdirilib. “PUA-ların ilk dəfə geniş tətbiq edildiyi Qarabağ münaqişəsinin təcrübəsi də öyrənilib”, – deyə general əlavə edib.

General deyib ki, Rusiya Silahlı qüvvələrinin Suriyada əldə etdiyi təcrübə bu il Aşuluk və Telemba poliqonlarında təlim zamanı tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image