image-39backend

Rustamyan: “Hakimiyyət deyir ki, Qarabağa getmək üçün Azərbaycandan icazə almağı öyrənməlisən”

image-reklam_sirab_01

“Hər yerdə insanlara təzyiq edirlər ki, Qarabağ problemi yoxdur, o Azərbaycanın ərazisidir. Siz Azərbaycandan icazə almağı öyrənməlisiniz ki, Qarabağa getmək olar, ya yox”. Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə jurnalistlərə “Hayastan” fraksiyasının üzvü Armen Rüstəmyan məlumat verib.

Deputat qeyd edib ki, Ermənistanın yüksək vəzifəli məmurlarının Qarabağa girişi qadağandır: “Bunu Azərbaycanın bəyanatlarından öyrənirik. Aydındır ki, Azərbaycan erməni deputatların da bu sərhədi keçmək hüququnun olmadığını bəyan edəndə Stokholmdakı danışıqlar pozulub. Hakimiyyət hər yerdə insanlara təzyiq edir ki, Qarabağ problemi yoxdur, bura Azərbaycan ərazisidir. Siz Azərbaycandan soruşmağı öyrənməlisiniz ki, Qarabağa getmək olar, ya yox”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image